Zahid Oruc STM-dəki fəaliyyətini dayandırdı - YENİLƏNİB

Zahid Oruc STM-dəki fəaliyyətini dayandırdı - YENİLƏNİB

Hazırda oxunan: Zahid Oruc STM-dəki fəaliyyətini dayandırdı - YENİLƏNİB

172343

Sosial Tədqiqatlar Mərkəzinin sədri vəzifəsi qurumun İdarə Heyətinin üzvü, deputat Elşad Mirbəşiroğluna həvalə edilib.

Bu barədə Bizim.Media-ya Mərkəzdən bildirilib.

13:39

Azərbaycan prezidentliyinə namizədliyi qeydə alınan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri vəzifəsinin icrasını dayandırıb.

Bu barədə Bizim.Media-ya STM-dən məlumat verilib.

Qeyd olunub ki, Mərkəzi Seçki Komissiyasının yanvarın 6-dakı qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Z.Oruc namizəd kimi qeydə alınıb.

Yanvarın 7-dən Seçki Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq, Prezident seçkilərində namizədliyi qeydə alınmış Z.Oruc STM İdarə Heyətinin sədri vəzifəsi üzrə xidməti vəzifələrinin icrası ödənişsiz məzuniyyətə göndərilməklə müvəqqəti dayandırıb.

Z.Oruc Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsaslanaraq və Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üzrə ödənişsiz məzuniyyət götürüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO