Diplomatlar Xankəndidəki Zəfər parkını ziyarət etdilər – FOTO/VİDEO

Diplomatlar Xankəndidəki Zəfər parkını ziyarət etdilər – FOTO/VİDEO

Hazırda oxunan: Diplomatlar Xankəndidəki Zəfər parkını ziyarət etdilər – FOTO/VİDEO
636053
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi Zəfər parkına gəliblər.

Bizim.Media xəbər verir ki, xarici nümayəndələr Xankəndi şəhərində yaradılan Zəfər parkı ilə yaxından tanış olublar.
 

Bildirilib ki, park Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.


Zəfər parkının ümumi sahəsi 9 hektardır. Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb.

Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.

Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub.

Parkın ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, fəvvarələr yaradılıb, işıqlandırma və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırılıb. İnşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib.



Diplomatlar Xankəndidəki Zəfər parkını ziyarət etdilər – FOTO/VİDEO - foto 1
Diplomatlar Xankəndidəki Zəfər parkını ziyarət etdilər – FOTO/VİDEO - foto 2
Diplomatlar Xankəndidəki Zəfər parkını ziyarət etdilər – FOTO/VİDEO - foto 3
Diplomatlar Xankəndidəki Zəfər parkını ziyarət etdilər – FOTO/VİDEO - foto 4
Diplomatlar Xankəndidəki Zəfər parkını ziyarət etdilər – FOTO/VİDEO - foto 5
Diplomatlar Xankəndidəki Zəfər parkını ziyarət etdilər – FOTO/VİDEO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO