BƏƏ Ermənistan və Azərbaycan arasında sülh quruculuğu səylərini alqışlayıb

BƏƏ Ermənistan və Azərbaycan arasında sülh quruculuğu səylərini alqışlayıb

Hazırda oxunan: BƏƏ Ermənistan və Azərbaycan arasında sülh quruculuğu səylərini alqışlayıb
168295
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət irəliləyişləri və sülh quruculuğu istiqamətində atılan son addımları alqışlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Bəyanatda iki ölkə arasında razılaşdırılmış etimad quruculuğu tədbirləri yüksək qiymətləndirilib və bu təşəbbüsün Ermənistan və Azərbaycan xalqları, eləcə də bütün Qafqazda daha da inkişafa nail olunması üçün sabitliyin gücləndirilməsinə və sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verəcəyinə ümid ifadə edilib.

Nazirlik BƏƏ-nin Ermənistan və Azərbaycan tərəfindən regional və beynəlxalq səviyyədə təhlükəsizliyin və sülhün gücləndirilməsi istiqamətində razılaşdırılmış bütün tədbirləri dəstəklədiyini və bunun iki ölkə arasında konstruktiv əməkdaşlığın yeni dövrünün başlanğıcını qoyan davamlı nizamlanmanı möhkəmləndirdiyini vurğulayıb.
Nazirlik BƏƏ-nin fikir ayrılıqlarının sülh yolu ilə həllində körpülərin qurulması, əməkdaşlıq və dialoqun vacibliyini vurğuladığını bir daha təsdiqləyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO