ABŞ-da prezidenti çay kənarında SEÇİRLƏR? – MARAQLI FAKTLAR  

ABŞ-da prezidenti çay kənarında SEÇİRLƏR? – MARAQLI FAKTLAR  

Hazırda oxunan: ABŞ-da prezidenti çay kənarında SEÇİRLƏR? – MARAQLI FAKTLAR  

166460

Son günlər ABŞ prezidenti Co Baydenin nüfuzu sürətlə aşağı düşür. Yeni seçkilərə bir il qalmasına rəğmən Bayden reytinq sıralamasında ən sonuncu yerdə dayanır. Əvəzində sabiq prezident Donald Trampın reytinqi qalxır. 

Maraqlıdır ki, siyasi və mənəvi cəhətdən tükənmiş bu iki qocadan başqa ABŞ lideri olmaq istəyən yoxdur. Nəzərə alaq ki, Baydenin 81, Trampınsa 77 yaşı var. ABŞ liderliyinə marağın bu qədər ölməsi məşhur ifadəni yada salır:

“ABŞ-da prezidenti çay kənarında seçirlər”.
 

MÖVZU İLƏ BAĞLI:

Bayden ölkəmizin təhlükəsizliyini təhdid edir - Ağ Evin keçmiş həkimi 


Bunun da açması ondan ibarətdir ki, tarixən amerikalı oliqarxların ən sevdiyi əyləncələrindən biri həftəsonu çay kənarına balıq tutmağa getmək imiş. Maraqlıdır ki, “balıq ovu” zamanı əslində oliqarxlar ABŞ-ın gələcəyini müzakirə edir, kimin növbəti dəfə prezident seçiləcəyinə qərar verirmişlər. 

Bu ənənənin bu gün də qaldığını, yaşadığını bilmirik. Amma bildiyimiz odur ki, ABŞ-da yenə də prezidentlər seçki qutularından kənarda seçilir. Belə olmasa idi, ən azından Prezident olmaq üçün yeni simalar ortaya atılar, qızğın siyasi mübarizələr gedərdi.

Əgər bu yoxdursa deməli, Amerikadakılar hər şeyin bağlı qapılar arxasında həll edildiyindən xəbərdardırlar. Ona görə də heç kim Prezident olmaq eşqinə düşmür və bu yolda milyonlar xərcləməkdən çəkinir.  

Bir anlığa son 3 ABŞ prezidentini yada salaq. Barak Obama haradan gəldi, hara getdi bilən olmadı. Ona gah müsəlman dedilər, gah da hindu. Prezidentliyi dövründə Obama heç nə ilə yadda qalmadı. Donald Trampa isə “Rusiyanın agenti” damğası vuruldu. Hərdən də onu “dəli” adlandırdılar. Sonda isə 79 yaşlı Co Bayden prezident oldu. O da qayıtdı ki, oğlum prezident olmalı idi:

“Amma o dünyasını tez dəyişdiyindən mən prezident olmaq məcburiyyətində qaldım”.

Son 3 illik prezidentlik dövründə Bayden tədbirlərdə yatmağı və pilləkənləri iməkliyərək çıxması ilə yadda qaldı. Bu gün danışığını və yaddaşını itirmək üzrə olan 83 yaşlı Bayden növbəti dəfə də Prezident olmaq eşqindədir. Digər iddiaçı isə yuxarıda dediyimiz kimi “dəli” Trampdır. 

Son 3 prezidentin davranışları və sonda meydanın iki ahıla qalması onu göstərir ki, ABŞ-da demokratiya deyilən bir şey yoxdur. Bu ölkədə Prezident seçilmir, təyin olunur. Təyinatsa bu ölkədəki gizlin güclər tərəfindən aparılır. Belə olmasa idi dünyanı yerindən oynadan COVİD-19 haqqında Bil Qeyts, Ukrayna-Rusiya müharibəsi haqqında isə İlon Mask “proqnoz” verməzdi.

Onu da qeyd edək ki, ABŞ-da leqal iki əsas güc var. Bunlardan biri Respublikaçılar, digəri isə Demokratlar partiyasıdır. Bu iki partiya arasında gizli razılaşmaya uyğun olaraq növbə ilə ölkənin “idarəçiliyi” əldən-ələ keçir.
Maraqlıdır ki, Respublikaçıların nümayəndəsi prezident olanda qanunverici orqanda Demokratlar üstünlük təşkil edir. Növbəti dəfə isə hər şey əksinə olur. Beləcə, on illər boyu hakimiyyət bu iki partiya arasında bölüşdürülüb. Adlar dəyişir, amma partiyalar dəyişmir. 

Başqa bir iddia ondan ibarətdir ki, ABŞ-ın bütün prezidentləri iki nəslin, iki şəcərənin daşıyıcılarıdır. 

Bir sözlə dünyanın supergücü olan ABŞ heç də qanunlar və xalqın iradəsi ilə idarə olunmur. Bu dövlət gizli güclər tərəfindən idarə edilir. Ona görə də ABŞ dünyanı idarə etməyə iddialı olan böyük bir mexanizmdir. Bu mexanizmin idarəçilərini çoxlarımız tanıyıb, bilməsək də onların qorxunc niyyətlərindən çoxumuzun xəbəri var. Amerikadakı gizli güclər dünyanı vahid mərkəzdən idarə etmək istəyirlər. Buna qarşı çıxanları isə “demokratiya dəyənəyi” ilə cəzalandırırlar. 

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO