
- A-
- A
- A+
Siyavuş Novruzovdan sənədsiz evlərlə bağlı AÇIQLAMA: "Bu tapşırıq niyə yerinə yetirilmir?"
Parlamentdə sənədsiz evlərlə bağlı problem qaldırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov danışıb.
Onun sözlərinə görə, bununla bağlı Prezident İlham Əliyev tapşırıq verib.
“Bu tapşırıq niyə yerinə yetirilmir? BMT qətnamə qəbul etməlidir?! Əksinə, onlar nə edirlər?! Vətəndaşı qeydiyyatdan çıxarırlar. Sənədsiz evlərdə yaşayan insanları qeydiyyatdan çıxarırlar ki, sənin evinin sənədi yoxdur. Bu adam 30 il o evdə yaşayıb, qız köçürüb, gəlin gətirib. Ölkədə 1 milyon sənədsiz ev var. Bu problem həll edilməli, həmin evlər qeydiyyata alınmalıdır. Bu həm də büdcəyə əlavə pul deməkdir. Bələdiyyələr də bu zaman vergi yığa biləcək”, - deyə deputat vurğulayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































