Rusiyada azərbaycanlı loterayada 100 milyon rubl udub - FOTO 

Rusiyada azərbaycanlı loterayada 100 milyon rubl udub - FOTO 

Hazırda oxunan: Rusiyada azərbaycanlı loterayada 100 milyon rubl udub - FOTO 

159276

Azərbaycanlı Rusiyada aldığı lotereyadan 100 milyon rubl (1,7 milyon manat) qazanıb. 

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət Azər Musayevdən gedir. 

2023-cü ilin sentyabrında dostu ilə birlikdə Soçidə mağazaya daxil olan Azər Musayev ilk dəfə ani lotereya biletləri alıb. Azər elə yerindəcə qoruyucu təbəqəni silib və Rusiya lotereyalar tarixində rekord məbləğ qazanıb. 

“Əvvəlcə iki bilet seçdim. Onlar uduşsuz idi. Dedim, icazə verin, son dəfə cəhd edim. Qoruyucu təbəqəni siləndə sətirdə 5 milyon gördüm. Sevindim, daha çox yoxlamadım və bu məbləği udduğuma qərar verdim. Bileti satıcıya verəndə o da yoxladıqda məlum oldu ki, əslində 100 milyon qazanmışam. Düzünü desəm, mən buna dərhal inanmadım” - Azər Musayev bildirib. 
O, mükafatı aldıqdan sonra yaxınlarına kömək edəcəyini bildirib, həm də evini təchiz etməyi və avtomobilini yeniləməyi planlaşdırır. Qalib həm də də oğluna möhtəşəm toy etmək arzusundadır. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO