Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb - FOTO 

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb - FOTO 

Hazırda oxunan: Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb - FOTO 
158537
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

5-6 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağırllıqaldırma üzrə Azərbaycan birinciliyində ilk yarış günü arxada qalıb.  

Bizim.Media xəbər verir ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.  

Körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. 49, 55, 59, 64, 71, 76, 81, 87 və +87 kq çəki dərəcələrində müvafiq olaraq Sona Quliyeva, Selcan Qarayeva, Nigar Əliyeva, Fazilə İmanova, Zəhra Niftəliyeva, Günel Əliyeva, Rahilə Hüseynzadə, Mələk Hüseynli və Nuranə Məhərrəmova qalib adlarını qazanıblar.  

Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan atletlər çıxıblar. Toplam 215 kq (95+150) nəticə ilə Dəniz Cabbarlı qızıl, 162 kq (71+91) nəticə ilə Xəyyam Allahverdiyev gümüş, 160 kq (70+90) nəticə ilə Dəniz Bağırov isə bürünc medal qazanıb.  
Çəkisi 61 kq-a qədər olan atletlərin yarışında Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, toplam 240 kq (110+130) nəticə ilə rəqiblərini üstələyib. 202 kq (91+111) nəticə ilə Orxan İmanov gümüş, 200 kq (94+106) nəticə ilə Ramiz Kərimova isə bürünc medala sahib çıxıb. 

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb - FOTO  - foto 1
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb - FOTO  - foto 2
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb - FOTO  - foto 3

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO