Basketbol millimizdə türkiyəli BAŞ MƏŞQÇİ 

Basketbol millimizdə türkiyəli BAŞ MƏŞQÇİ 

Hazırda oxunan: Basketbol millimizdə türkiyəli BAŞ MƏŞQÇİ 
158334
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Basketbol üzrə qadınlardan ibarət yığmamız, cari ilin noyabr ayında 2025-ci ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək.  

Bizim.Media xəbər verir ki, qadın millimizi qarşıdan gələn oyunlara yüksək səviyyədə hazırlamaq üçün, federasiya tərəfindən yığmamıza yeni məşqçilər korpusu təyin olunub.  

Belə ki, yığmamızın baş məşqçisi postuna U-16 qız millimiz ilə çempionluq qazanmış türkiyəli mütəxəssis Evren Alkaya gətirilib.  

Yeni nəsil qadın basketbolçularla işləməyi əla bacaran Evren Alkayanın millimizdə iki köməkçisi də olacaq. Birinci köməkçi məşqçi, uzun illərdir ölkəmizdə yaşayan amerikalı, milli komandanın keçmiş üzvlərini daha yaxından tanıyan Skot Mollenhauerdir. İkinci köməkçi məşqçi isə, U-16 qız millimizdə Evren Alkayanın asistenti olmuş Aygün Eynullayevadır. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO