Türkiyədə sel suları KÜÇƏLƏRİ BASDI - VİDEO

Türkiyədə sel suları KÜÇƏLƏRİ BASDI - VİDEO

Hazırda oxunan: Türkiyədə sel suları KÜÇƏLƏRİ BASDI - VİDEO

153565

Türkiyənin mərkəzi hissəsində və Qara dəniz bölgəsində güclü yağışlar yağır.  

Bizim.Media xəbər verir ki, Hakimiyyət orqanları 19 vilayətin sakinlərinə daşqın və sel təhlükəsi barədə xəbərdarlıq edib. 

Məlumata görə, güclü yağışlardan ən çox Samsun şəhəri zərər çəkib. 

Ötən gecədən başlayan leysan bu gün də davam edir. Kanalizasiya sularının daşması nəticəsində şəhər küçələrindən çay axıb. Bir neçə meydanı və küçələri su basıb, bəzi yerlərdə suyun səviyyəsi 50 santimetrə çatıb. Onlarla avtomobilə ziyan dəyib, yaşayış binalarının birinci mərtəbələri də su altında qalıb, yolların çökməsi baş verib. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO