Putin və Ərdoğan arasında Soçi danışıqlarının mövzuları AÇIQLANDI

Hazırda oxunan: Putin və Ərdoğan arasında Soçi danışıqlarının mövzuları AÇIQLANDI

153461

Sentyabrın 4-də Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Moskva ilə Kiyev arasında hərbi əsirlərin mübadiləsini və “taxıl müqaviləsinin” bərpasını müzakirə edəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “TRT Haber” telekanalı yayıb.

Mənbə yazır ki, bundan əlavə, liderlərin Ukrayna və Suriyadakı hərbi münaqişələr, ə Rusiya qazının Türkiyə ərazisindən tranziti barədə danışacağı gözlənilir.

Xatırladaq ki, iyul ayında Ərdoğan demişdi ki, 2022-ci ilin payızından respublikada olan Azov batalyonunun komandirlərinin Ukraynaya ekstradisiyasını Putinlə şəxsən müzakirə edəcək.

Həmin vaxt Kreml Ankara və Kiyevi əsirlərin mübadiləsinə dair razılaşmaları pozmaqda ittiham etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO