
- A-
- A
- A+
FHN Bakıda obyektdə baş verən yanğınla bağlı MƏLUMAT YAYDI - VİDEO
Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
MÖVZU İLƏ BAĞLI:
Paytaxtda obyekt YANIR
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının geniş ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ilkin məlumata əsasən, təxminən 1000 kvadratmetr sahədə yerləşən taxta, karton və plastik yeşiklərin satış məntəqəsinin 300 kvadratmetri yanıb.
Satış məntəqəsinin qalan hissəsi, yaxınlıqdakı fərdi yaşayış evləri və təkər satışı məntəqəsi alovdan mühafizə olunub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































