Separatçıların texniki müşahidə vasitələrinin sıradan çıxarılma ANI – VİDEO 

Separatçıların texniki müşahidə vasitələrinin sıradan çıxarılma ANI – VİDEO 

Hazırda oxunan: Separatçıların texniki müşahidə vasitələrinin sıradan çıxarılma ANI – VİDEO 
151881
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni erməni silahlı dəstələrinin texniki müşahidə vasitələrini sıradan çıxarmasının görüntüləri yayılıb. 

Bizim.Media xəbər verir ki, görüntülərdə Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələrinin ordumuz tərəfindən sıradan çıxarılması əksini tapıb. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarıldığı barədə məlumat yayıb. 
Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO