Avropa İttifaqının missiyası da Ermənistanın yalanlarını ifşa etdi - FOTOFAKT

Avropa İttifaqının missiyası da Ermənistanın yalanlarını ifşa etdi - FOTOFAKT

Hazırda oxunan: Avropa İttifaqının missiyası da Ermənistanın yalanlarını ifşa etdi - FOTOFAKT
150940
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi ermənilərin növbəti yalanını ifşa edib. Bildirib ki, avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır. 

Bizim.Media xəbər verir ki, Aİ-nin Ermənistandakı missiyası da Twitter səhifəsində Ermənistan Müdafiə Nazirliyinin cəfəngiyyat dolu yalanını təkzib edib və atəşə məruz qalmadığını deyib.

"Heç bir EUMA patrulu (Aİ missiyası - red.) atəşə məruz qalmayıb. Biz Ermənistan-Azərbaycan sərhədi boyunca əraziləri patrul edirik və Brüsseli hərbi hadisələr, o cümlədən məsuliyyət zonamızda baş verən atışmalarla bağlı məlumatlandırırıq", - deyə bəyanatda deyilir.

Avropa İttifaqının missiyası da Ermənistanın yalanlarını ifşa etdi - FOTOFAKT - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO