Xaricdə təhsil üzrə Dövlət Proqramına qəbul olanlardan biri də qazidir - FOTO

Xaricdə təhsil üzrə Dövlət Proqramına qəbul olanlardan biri də qazidir - FOTO

Hazırda oxunan: Xaricdə təhsil üzrə Dövlət Proqramına qəbul olanlardan biri də qazidir - FOTO

147207

“2022-2026 Dövlət Proqramı”na ilkin siyahı üzrə qəbul olunan 134 nəfər gənclər arasında Vətən müharibəsinin qazisi Əliyev Cavid də yer alıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, Cavid Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb.

“Cavid ABŞ-ın Minnesota Universitetinin Supply Chain Management (Təchizat zəncirinin idarəolunması) ixtisasına magistratura səviyyəsinə qəbul olunub.

O, həm də 2007-2015-ci illər Dövlət Proqramı çərçivəsində Koreyanın KAİST universitetində Electrical Engineering (Elekrtik mühəndisliyi) və Technology Management( Texnologiya menecmenti) ixtisasları üzrə iki magistratura bitirib”, - deyə Elm və Təhsil Nazirliyi rəsmisi qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO