Gürcüstanda etnik gənclərin Birinci forumunda azərbaycanlılar da iştirak edib - FOTO

Hazırda oxunan: Gürcüstanda etnik gənclərin Birinci forumunda azərbaycanlılar da iştirak edib - FOTO

146128

Gürcüstanda etnik azlıqları təmsil edən gənclərin Birinci forumu keçirilib.

Bizim.Media xəbər verir ki, BMT-nin və Avropa İttifaqının Gürcüstandakı nümayəndəliklərinin birgə təşkilatçılığı ilə keçirilən forumda müxtəlif millətlərdən olan xeyli sayda gənc iştirak edib.

Forumda əsasən etnik azlıqların gənc nümayəndələrinin Gürcüstanın ictimai-siyasi, iqtisadi, mədəni həyatındakı rolu barədə müzakirələr aparılıb. Eyni zamanda, bu gənclərin Gürcüstanın Avropaya və NATO-ya inteqrasiyasına verdikləri və verə biləcəkləri töhfələr, eləcə də, etnik azlıqların təhsili, dövlət strukturlarında və özəl sektorda işlə təminatı barədə məsələlər müzakirə olunub.

Çıxışlarda Gürcüstanda yaşayan etnik azlıqların təhsil, səhiyyə, dövlət və özəl sektorda işlə təminatı sahələrində hələ də problemlərin yaşandığı qeyd olunub.

Sonra forum panel iclaslarda işini davam etdirib.

Birinci panel iclasda azərbaycanlı gənclərin təsis etdikləri “Qırmızı Körpü” İctimai Birliyinin və “Yeni Düşüncə İnstitutunun” fəaliyyətləri barədə hesabatlar dinlənilib.

Hər iki təşkilatın gələcək planları və hazırladıqları layihələr barədə müzakirələr aparılıb.

İkinci paneldə isə Kvemo Kartli bölgəsindən, Abxaziya və Cavaxetiyadan olan fəal azərbaycanlı, abxaz və erməni gənclər çıxışlar edib, təcrübələrini bölüşüblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO