“F-16-ların tədarükünə çalışırıq, ABŞ məsələyə müsbət yanaşır" - Ərdoğan

Hazırda oxunan: “F-16-ların tədarükünə çalışırıq, ABŞ məsələyə müsbət yanaşır" - Ərdoğan

146046

“F-16 qırıcılarının tədarükü üçün çalışırıq”.

Bizim.Media NTV-yə istinadən xəbər verir ki, bunu iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə ilə ABŞ arasında strateji əlaqələr var:

“Sammit çərçivəsində görüşümüz də çox məhsuldar oldu. 1 saatdan çox danışdıq. ABŞ Prezidenti Cozef Bayden F-16-ların tədarükünə müsbət yanaşır”.

Ərdoğanın sözlərinə görə, hazırda bu məsələ ilə bağlı xarici işlər və müdafiə nazirlikləri səviyyəsində təmaslar davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO