Azərbaycanın ixrac coğrafiyası böyüyür

Azərbaycanın ixrac coğrafiyası böyüyür

Hazırda oxunan: Azərbaycanın ixrac coğrafiyası böyüyür
14561
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevral ayı ərzində ölkəmiz 20.1 milyon dollarlıq məhsul ixrac edib.

Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına istinadən xəbər verir ki, bu ilin fevral ayı ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 20,1 (20,060,664.97) milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. 

Hüquqi və fiziki şəxslər tərəfindən qiymətli külçələr, nar, alma şirələri, narşərab, pivə, feyxoa və heyva spirtsiz içkiləri, zəfəran mürəbbələri, bitki və günəbaxan yağları, tibbi zəli, duzlanmış qoyun bağırsağı, xromlanmış heyvan dərisi, iri və xırdabuynuzlu heyvanların daxili orqanları, pendir, feyxoa və heyva spirtli içkilər, nərəcinsli balıqların təzə dondurulmuş əti, quru meyvələr, qatılaşdırılmış süd, dondurma, quşlar üçün peyvənd, işlənmiş katalizator, polad armatur yayması, polad boru, polad kvadrat pəstah ixracı reallaşdırılıb.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan nə alır, nə satır? – ÖZƏL

​​​​​​​
Sözügedən məhsullar arasında qiymətli külçələr (64,5%), (polad armaturyayması (11,7%), günəbaxan yağları (10,1%), pendir (6,1%), meyvə şirələrinin (1,9%) ixracı üstünlük təşkil edib.

Sertifikat verilən məhsullar 22 ölkəyə- İsveçrə (64,5%), Rusiya (10,4%), Gürcüstan (9,4%), Türkiyə (7,2%), Ukrayna (0,8%), digər ölkələrə (7,8%)- (ABŞ, Baltimor, Dubay, Fələstin, Polşa, Misir, Belarus, Fil Dişi Sahili, Avstraliya, İraq, Kanada, Belçika, Honq-Konq, İsrail, Qazaxıstan, BƏƏ, Özbəkistan) ixrac olunub. 

İxrac olunan məhsulların hava nəqliyyatı ilə (64,9%), avtomobil ilə (28,2%), dəmiryolu nəqliyyatı (6%), qarışıq nəqliyyat ilə ixracı isə (0,9%) təşkil edir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO