Azərbaycan nə alır, nə satır? – ÖZƏL

Hazırda oxunan: Azərbaycan nə alır, nə satır? – ÖZƏL

12268

2020-ci ildə Azərbaycanda idxalla ixrac arasında 3 milyard ABŞ dollarına yaxın fərq var. 

Bizim.Media Dövlət Statistika Komitəsindən aldığı məlumata istinadən xəbər verir ki, ötən il ölkəmiz 10 milyard 730 milyon 720 min ABŞ dolları civarında məhsul idxal edib.

İxrac olunan malların dəyəri isə, 13 milyard 740 milyon 567 min dollar təşkil edib. 

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda əhalinin gəlirləri neçə faiz azalıb? - RƏSMİ


Azərbaycandan ixrac olunmayan məhsullar arasında diri iribuynuzlu heyvanlar, diri ev quşları, dondurulmuş iribuynuzlu heyvan əti, donuz əti, donuz və ev quşunun piyi, ət əlavələri – duzlu suda olan, hisə verilən ətdən hazırlanan un da var.

Bundan başqa Azərbaycandan xaricə təzə, soyudulmuş balıq və filesi satılmayıb. Qurudulmuş balıq da bu siyahıdadır. İxarac olunmayan məhsullar sırasında xərçəngkimilər, molyuskalar, süd zərdabı: südün başqa komponentlərindən hazırlanan başqa məhsullar da var. 

Təsəvvür edin ki, başqa ölkələrə quş yumurtası satmamışıq, amma Azərbaycandan fil sümüyü, tısbağa zirehi, balina bığı və maral buynuzu üzrə ixrac bölməsində rəqəmlər əks olunub.

 

Nədənsə ölkəmizdən soğanaq, kök yumrusu, şitil və göbələk telləri də ixrac olunmayıb. Çiy, bişirilən, doğranıb, qurudulan tərəvəz də satmamışıq. Qısamüddətli saxlanma üçün konservləşdirilən meyvə və qoz-fındıq da ölkədən çıxmayıb. 


Komitədən bizə verilən məlumatda “mate və paraqvay çayını, Roma zirəsini niyə ixrac etməməşik” sualı yaranmasa da, satılmamağı təəccübləndirən məhsul növləri mövcudur. Əlbət, buğda və düyü ixracı Qarabağda yenidənqurma işlərinin sürətindən asılıdır. Amma günəbaxan tumu və yerfıstığı daxili rəqabətdən xaricə də çıxa bilərdi. 

Bütün növlərdən olan təbii qumu da ancaq idxal edirik, Xəzərin sahili hasarlanmasa, Goran da sırf təlim üçün istifadə olunmasaydı, bu məmləkətdə qumdan çox, qum var. 

Qeyd edək ki, ixrac etmədiyimiz məhsulları xaricdən idxal edirik. İxracdakı boşluqların təbii səbəbləri olsa da, etiraf edək ki, müəyyən sahələrdə fəaliyyətsizlik var. Düşünün, Xəzərin sahilində yaşayasan və dəniz məhsullarında idxalla ixrac arasında yerlə göy arasında fərq gözə dəyir.

Dəniz məhsulları ilə bağlı elə istiqamətlər var ki, o meyarlarda ixracımız yoxdur. Loru dildə desək, “balığı tut, sat” məsələsidir. Yoxsa bəzi ölkələrdəki kimi, balıq ətinin unu, müxtəlif variantlarda qablaşdırılıb satışı və s. mən heç əczaçılıqda istifadəsindən danışmıram. 

 

Yazıya ixracdan başlama səbəbi Azərbaycanın satışdakı çatışmazlıqlarına nəzər yetirmək idi. Rəqəmlərə gəldikdə, ən çox ixrac neft-qaz sahəsinə aid olduğundan digər iri göstəricilərdən bəhs edəcəyik. 


Ötən il ərzində ölkəmizə 163 milyon 799 min 637 ədəd diri heyvan gətirilib. Biz isə xaricə 38 milyon tondan çox sement satmışıq. 

Ötən ilin statistikası ilə bağlı vaxtaşırı maraqlı məlumatlar dərc edəcəyik

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO