Şəfiqə Nağıyeva:

Şəfiqə Nağıyeva: "Məni vuran taksi sürücüsündən şikayətçi olmayacağam" - VİDEO

Hazırda oxunan: Şəfiqə Nağıyeva: "Məni vuran taksi sürücüsündən şikayətçi olmayacağam" - VİDEO

139994

Xəbər verdiyimiz kimi, ötən gün gecə saatlarında Nizami rayonu ərazisində vəkil Şəfiqə Nağıyevanı maşın vurub. 

Bizim.Media xəbər verir ki, vəkillər kollegiyasının üzvü ekspert qismində iştirak etdiyi “Ümid ilə gəl” ictimai-sosial verilişinin bugünkü canlı efirinə gəlib. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəfiqə Nağıyevanı maşın vurdu - VİDEO


Nağıyeva qəzanı bu cür nəql edib: 

“Ötən gün Tarix Əliyevin ad günü məclisində idik. O məclisi tərk etdiyimiz zamanı yoldan keçərkən taksi sürətlə üzərimə gəldi və məni vurdu. Təcili şəkildə “Live Bona  Dea Hospitalı”na apardılar. Orada müayiənələrdən keçdim. Özümü hazırda pis hiss etmirəm. Amma bu qəzadan heç kim sağ çıxa bilməzdi”. 

Vəkil taksi sürücüsündən şikayətçi olmadığını dilə gətirib: 

“Mən qara geyinmişdim, yol da qaranlıq idi. Bu səbəbdən ola bilsin ki, sürücü görməyib və məni vurub. Taksi sürücüsünün ağır xəstə anası var. Uşaqları var, ailəsinə baxır. O, mənim millətimdir. Mən ondan şikayətçi olmayacağam”.  

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO