Lionel Messi PSJ-dən ayrılacaq

Lionel Messi PSJ-dən ayrılacaq

Hazırda oxunan: Lionel Messi PSJ-dən ayrılacaq

138426

PSJ-nin hücumçusu Lionel Messi Paris komandası ilə müqaviləsini yeniləməyəcək və mövsümün sonunda komandanı tərk edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano Tvitterdə yazıb.

Daha əvvəl PSJ rəhbərliyinin hələ də 35 yaşlı futbolçu ilə müqaviləni uzatmaqda maraqlı olduğu bildirilirdi. Lakin tərəflər razılığa gələ bilməyib, buna görə də Messinin “Barselona”ya qayıtması və ya karyerasını Səudiyyə Ərəbistanında davam etdirməsi ehtimalı var.

PSJ ilə Fransa çempionu olan Messi ən çox kubok qazanan Dani Alveşin rekordunu təkrarlayıb.

Argentinalının hazırda 43 kuboku var və gələcəkdə o, hazırda həbsdə olan braziliyalının rekordunu yeniləyə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO