BMT sammitinin iştirakçıları “ASAN xidmət”də - Foto

BMT sammitinin iştirakçıları “ASAN xidmət”də - Foto

Hazırda oxunan: BMT sammitinin iştirakçıları “ASAN xidmət”də - Foto
646072
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Ayubxon Sultonov və ədliyyə nazirinin müavini Numon Məhəmmədiyev, Qırğız Respublikası Prezidentinin İşlər İdarəsinin rəis müavini Cunuşev Talantbek Asanaliyeviç, Gürcüstanın ədliyyə nazirinin müavini Lana Morqoşia, Venesuelanın elm və texnologiya nazirinin müavini Bernabe Melendes, Barbadosun dövlət xidməti və insan resurslarının inkişafı naziri Key MakKoni “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 

Bildirilib ki, qonaqlar Bakıda keçiriləcək “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbirdə iştirak məqsədilə ölkəmizdə səfərdədirlər.


Onlar Bakıda keçiriləcək bu sammitin dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlət xidmətləri sahəsində vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin bölüşülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət” modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyini bildirib. Diqqətə çatdırılıb ki, BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.

Özbəkistanlı qonaqlar “ASAN xidmət” modeli əsasında ölkələrində xidmət mərkəzlərinin uğurla fəaliyyət göstərdiyindən məmnunluqlarını ifadə ediblər.

Qırğız tərəfi ilə keçirilən görüş zamanı “ASAN xidmət” təcrübəsinin paylaşılması ilə bağlı uğurlu əməkdaşlıq edildiyi vurğulanıb.

Gürcüstan tərəfi ilə keçirilən müzakirələr zamanı süni intellekt həlləri ilə bağlı təcrübənin öyrənilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
 

Venesuelanı və Barbadosu təmsil edən rəsmilər “ASAN xidmət” kimi qabaqcıl təcrübənin ölkələrində tətbiqinin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına mühüm töhfə verə biləcəyini qeyd ediblər.


Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “Bilim Bakı” mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

BMT sammitinin iştirakçıları “ASAN xidmət”də - Foto - foto 1
BMT sammitinin iştirakçıları “ASAN xidmət”də - Foto - foto 2
BMT sammitinin iştirakçıları “ASAN xidmət”də - Foto - foto 3
BMT sammitinin iştirakçıları “ASAN xidmət”də - Foto - foto 4
BMT sammitinin iştirakçıları “ASAN xidmət”də - Foto - foto 5
BMT sammitinin iştirakçıları “ASAN xidmət”də - Foto - foto 6
BMT sammitinin iştirakçıları “ASAN xidmət”də - Foto - foto 7
BMT sammitinin iştirakçıları “ASAN xidmət”də - Foto - foto 8
BMT sammitinin iştirakçıları “ASAN xidmət”də - Foto - foto 9
BMT sammitinin iştirakçıları “ASAN xidmət”də - Foto - foto 10
BMT sammitinin iştirakçıları “ASAN xidmət”də - Foto - foto 11
BMT sammitinin iştirakçıları “ASAN xidmət”də - Foto - foto 12

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO