
- A-
- A
- A+
Messi karyerasındakı titul sayını 43-ə çatdırdı
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi ən çox kubok qazanma rekordunu təkrarlayıb.
Bizim.Media xəbər verir ki, Fransa Liqa 1-nin çempionu olan argentinalı hücumçu karyerasındakı titul sayını 43-ə çatdırıb.
Bununla 36 yaşlı forvard sabiq komanda yoldaşı Dani Alveşin rekordunu təkrarlayıb.
Messinin aktivində 2 Fransa çempionluğu və Superkuboku var. O, “Barselona”nın heyətində 10 dəfə İspaniya La Liqasının, 4 dəfə UEFA Çempionlar Liqasının, 8 dəfə İspaniya Superkubokunun, 7 dəfə İspaniya Kubokunun, 3 dəfə Klublararası Dünya Çempionatının və bir o qədər də Avropa Superkubokunun qalibi olub.
Messi Argentina millisinin heyətində isə dünya çempionluğunu, Cənubi Amerika Kubokunu, Yay Olimpiya Oyunlarını, “Finalissima”nı və gənclər arasında dünya çempionluğunu qazanıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































