PSJ 11-ci dəfə Fransa çempionu oldu

PSJ 11-ci dəfə Fransa çempionu oldu

Hazırda oxunan: PSJ 11-ci dəfə Fransa çempionu oldu
138357
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

PSJ klubu tarixində 11-ci dəfə Fransa çempionu olub.

Bizim.Media xəbər verir ki, Paris təmsilçisi Liqa 1-in XXXVII tur nəticələrindən sonra qızıl medalları təmin edib.

“Strasburq”un qonağı olan Kristof Qaltyenin yetirmələri səfərdən 1:1 hesablı heç-heçə ilə dönüblər. Bununla xallarının sayını 85-ə çatdıran PSJ son tur öncəsi ən yaxın izləyicisi “Lans” (81 xal) üçün əlçatmaz olub.

Beləliklə, PSJ ardıcıl ikinci, ümumilikdə isə 11-ci dəfə Fransa çempionluğunu qazanıb.

Adıçəkilən komanda daha əvvəl 1985/1986, 1993/1994, 2012/2013, 2013/2014, 2014/2015, 2015/2016, 2017/2018, 2018/2019, 2019/2020 və 2021/2022 mövsümlərində bu uğuru əldə edib.

Qeyd edək ki, Fransa Liqa 1-də 2022/2023 mövsümünə iyunun 3-də keçiriləcək son turun oyunları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO