Paşinyan yenə “məclisdən kənar” qaldı - GÜNÜN FOTOSU 

Hazırda oxunan: Paşinyan yenə “məclisdən kənar” qaldı - GÜNÜN FOTOSU 

138027

Xəbər verdiyimiz kimi, mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirakı ilə Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib.  

Bizim.Media xəbər verir geniş tərkibli görüşdən öncə dəhlizdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan rəhbəri Kasım-Jomart Tokayev, Belarus lideri Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin bir araya gəlib. 

Bununla bağlı çəkilən fotoda Ermənistan Baş nazirinin söhbətdən kənarda qalması diqqəti cəlb edib. Belə ki, Azərbaycan, Qazaxıstan, Rusiya və Belarus liderlərinin söhbətində Paşinyan iştirak etməyib 

Qeyd edək ki, Azərbaycan lideri iclasa qonaq qismində dəvət alıb. 

Tədbirdə Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak  edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO