
- A-
- A
- A+
Premyer Liqada son turun TƏQVİMİ
Misli Premyer Liqasının XXXVI turun oyun cədvəli açıqlanıb.
Bizim.Media xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
27 may (şənbə)
“Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”, 17:30
“Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu, 17:30
“Səbail” – “Şamaxı”
“ASCO Arena”, 20:00
28 may (bazar)
“Neftçi” – “Sabah”
“Bakcell Arena”, 17:00
“Qarabağ” – “Turan Tovuz”
“Azersun Arena”, 19:30
Qeyd edək ki, Misli Premyer Liqasının 2022/23-cü illər mövsümünün çempionu “Qarabağ”, eləcə də, müvafiq olaraq 2-ci və 3-cü yerlərin sahibləri “Sabah”la “Neftçi” medallarını son turun oyunundan sonra “Azersun Arena”da təşkil olunacaq mükafatlandırma mərasimində alacaqlar.
Rəşad Rafiqoğlu, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































