Prezident: Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir

Prezident: Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir

Hazırda oxunan: Prezident: Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir
136125
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir, parlamentlərarası əlaqələr sahəsində səmərəli əməkdaşlıq məmnunluq doğurur”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini qəbul edərkən bildirib. 

Dövlətimizin başçısı özünün Gürcüstana səfərini, Gürcüstanın Baş nazirinin isə Azərbaycana səfərini məmnunluqla xatırladaraq qeyd edib ki, bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar çox ətraflı müzakirələr aparılıb. 
Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın və Gürcüstanın üzləşdiyi problemlərə toxunub, birgə layihələrin icrasının əhəmiyyətini vurğulayıb. Bu xüsusda ilk layihə kimi Bakı-Supsa neft boru kəmərinin reallaşdırıldığını diqqətə çatdırıb və bundan sonra digər layihələrin də uğurla həyata keçirildiyini deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO