Türkiyənin ilk müşahidə peyki orbitə BURAXILDI

Türkiyənin ilk müşahidə peyki orbitə BURAXILDI

Hazırda oxunan: Türkiyənin ilk müşahidə peyki orbitə BURAXILDI

130897

Türkiyənin ilk müşahidə peyki olan İMECE ABŞ-ın Kaliforniyadakı Vandenberq bazasından orbitə buraxılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb. 

Buna qədər bir neçə dəfə təxirə salınmış raket buraxılışı “SpaceX” tərəfindən cümə günü yerli vaxtla saat 23:47-də həyata keçirilib. 

Türkiyənin müdafiə naziri Hulusi Akar daha əvvəl TRT-də çıxışı zamanı peykin imkanlarından hərbi ehtiyaclar üçün fəal şəkildə istifadə edilməsinin planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, yüksək ayırdetmə qabiliyyətinə malik peyk təsvirlərinin istifadəsi sayəsində kəşfiyyat və döyüş nəzarəti tapşırıqlarının həlli imkanları artacaq. 
İMECE Yerin müşahidə peykidir. O, 680 km yüksəklikdə günəşlə sinxron orbitə buraxılmalıdır. Qurğu yüksək ayırdetmə qabiliyyətinə malik təsvirləri qəbul edib ötürə biləcək ki, bundan da xüsusilə aqrar sektorda problemlərin həlli, eləcə də təbii fəlakətlərlə mübarizə və iqlim proseslərinin monitorinqində istifadə oluna bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO