Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı məşğələləri keçirilir - FOTO

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı məşğələləri keçirilir - FOTO

Hazırda oxunan: Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı məşğələləri keçirilir - FOTO
12477
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əlahiddə Ümumqoşun Orduda artilleriya, reaktiv və tank əleyhinə batareyaların zabitlərinin iştirakı ilə ixtisas hazırlığı məşğələləri keçirilir. 

Bizim.Media xəbər verir ki, Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində keçirilən məşğələlərdə əsas diqqət artilleriya, reaktiv və tank əleyhinə batareyaların döyüş qabiliyyətinin artırılmasına, zabitlərin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib. 

Virtual təlim meydançasında döyüş sursatı və yanacaq sərf etmədən müxtəlif şəraitdə atış və atışın idarəolunması həyata keçirilir.

Xüsusi proqram təminatına malik kompüterlər və məşq qurğularının tətbiqi ilə komandirlərin real döyüş şəraitində bölmələri və silahları idarəetmə bacarıq və vərdişləri yoxlanılır.

Məşğələlərin sonunda atəş göstəricilərinin dəqiqliyi müqayisə edilir, şəxsi heyətin bilik səviyyəsini müəyyən edən qiymətləndirmə aparılır. 

Bundan əvvəl keçirilmiş məşğələ və təlimlərin uğurlu nəticəsi Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak etmiş tankəleyhinə bölmələrinin heyətlərinin düşmən üzərində qazandıqları inamlı qələbədə özünü aydın şəkildə göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO