ABŞ rəsmisindən Türkiyə banklarına SANKSİYA XƏBƏRDARLIĞI 

ABŞ rəsmisindən Türkiyə banklarına SANKSİYA XƏBƏRDARLIĞI 

Hazırda oxunan: ABŞ rəsmisindən Türkiyə banklarına SANKSİYA XƏBƏRDARLIĞI 

118391

ABŞ maliyyə nazirinin terrorizmlə mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson İstanbula səfər edib.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib.

Türkiyə banklarının nümayəndələri ilə görüş keçirən ABŞ rəsmisi Rusiya ilə ticarət əməkdaşlığının inkişafı səbəbindən sanksiyaların tətbiqi riski barədə xəbərdarlıq edib.

Nelson Rusiya şirkətlərinə sanksiyalardan yayınmağa yardım edən Türkiyə şirkətlərinin G7 ölkələri ilə bağlantılarını itirmə riski ilə qarşılaşa biləcəklərini vurğulayıb.

“Son bir ildə ikinci dərəcəli türk ixracatının və ya Rusiyaya təkrar ixracın artması Türkiyənin özəl sektorunu nüfuz və sanksiya risklərinə qarşı xüsusilə həssas edir”, - deyə qeyd olunub.
Nelson maliyyə qurumlarını Rusiya hüquqi və fiziki şəxsləri ilə əməliyyatların intensiv yoxlanılmasını həyata keçirməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO