Baqdasarov Rusiyanı Cənubi Qafqazı yenidən işğal etməyə çağırdı - VİDEO

Baqdasarov Rusiyanı Cənubi Qafqazı yenidən işğal etməyə çağırdı - VİDEO

Hazırda oxunan: Baqdasarov Rusiyanı Cənubi Qafqazı yenidən işğal etməyə çağırdı - VİDEO

107653

“Rusiya bu bölgədə 200 min insan itirib. Ora “külli miqdarda pul və insan həyatı” yatırdığı üçün Cənubi Qafqazı “geri qaytarmaq lazımdır”.

Bizim.Media xəbər verir ki, bunu erməni əsilli rusiyalı təbliğatçı Semyon Baqdasarov “Vladimir Solovyovla axşam” verilişinin efirində bildirib. 

“Cənubi Qafqazı yenidən qaytarmaq. Bizim buna haqqımız var, iki yüz il ərzində oraya külli miqdarda pul və insanların həyatını qoymuşuq. Bir daha təkrar edirəm, bütün bu illər ərzində 200 mindən çox rus əsgər və zabiti həlak olub.
Deyə bilmərik ki, sülhdü, indi nə istəyirsən et. Xeyr, bu olmayacaq. Tamamilə fərqli qərarların vaxtı çatıb. Sərt, konkret qərarlar.  Bunun baş verməsi üçün biz İranla öz imkanlarımızı birləşdirməliyik. İran həmçinin Cənubi Qafqazda NATO-nun hər hansı strukturunun müəyyənləşməsində maraqlı deyil”, - Baqdasarov bildirib.

Erməni əsilli siyasətşi həttə bir az da irəli gedərək bildirib ki, bunu Cənubi Qafqazda kimsə istəyir, istəmir, bizə maraqlı deyil. 

“Cənubi Qafqaz Rusiyanın tərkibində olmalıdır”

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO