Nazirlik rəsmisi:

Nazirlik rəsmisi: "Laçında 40 faydalı qazıntı yatağı mövcuddur”

Hazırda oxunan: Nazirlik rəsmisi: "Laçında 40 faydalı qazıntı yatağı mövcuddur”
602439
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Laçında 40 faydalı qazıntı yatağı mövcuddur və faydalı qazıntıların istismarı zamanı təbiətə dəyən ziyanın minimumlaşdırılması üçün monitorinqlər aparılır”.

Bunu Laçına ezam olunan əməkdaşına açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Azər Şükürov deyib.

Aprel ayının 5-də növbəti hərracın keçiriləcəyini qeyd edən qurum rəsmisi əlavə edib ki, işğaldan azad edilən ərazilərdə olan yataqların koordinatları ANAMA-ya təqdim edilib ki, həmin ərazilərə giriş icazəsi verilsin:

“Yeni istehsal sahəsi qurmaq istəyən hər bir sahibkara qapımız açıqdır. Faydalı yataqları koordinatları, onların kimyəvi tərkibi və bir sıra başqa detallarla bağlı sahibkarları məlumatlandıra bilərik”.

“Laçında əsasən tikinti materialları, əhəng daşı, üzlük daşı, yarımqiymətli daş yataqları, eyni zamanda civə yataqları ilə zəngindir” - A.Şükürov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO