
- A-
- A
- A+
Müsahibə
17:15 / 14.07.2018
7 dəq oxunma
“Deputatlar icra başçılarının özbaşınalığına, xalqı narazı salan əməllərinə göz yummamalıdır...”
Hazırda oxunan: “Deputatlar icra başçılarının özbaşınalığına, xalqı narazı salan əməllərinə göz yummamalıdır...”
232856
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İmam Hüseyn məscidinin axundu, “Tövbə” Cəmiyyətinin sədrixa0 Hacı Əbdül Gəncədə baş vermiş son qanlı olaylarla bağlı maraqlı fikirlər səsləndirib.xa0
Tanınmış din adamı və ictimai xadimin Moderator.az əməkdaşına müsahibəsini nəzərinizə çatdırırıq:xa0
(Müsahibənin əvvəli bu linkdə: moderator.az/news/232735.html )
- Hacı, bəs baş vermiş olaylarda Qafqaz Müsəlmanları İdarəsini və onunxa0 regional təmsilçilərinin, eləcə də digər müvafiq qurumların dini duruma nəzarətdə yol verdikləri boşluqların da rolu ola bilərmi? Onlar Gəncədə və yaxud ətraf bölgələrdə terror törədə biləcək belə radikal qruplaşmaların yetişməsindən vaxtında agah ola bilməzdilərmi?xa0
- Əvvəla, Şeyx həzrətləri çox çalışır ki, hər bölgənin dini rəhbəri məhz həmin bölgədən olsun. Yəni siyasi rəhbər kimi dini rəhbərin də yerli camaatı yaxşı tanıması, həmin regionun adət-ənənələrinə yaxından bələd olması, eyni zamanda camaatın da həmin din xadimini yaxşı tanıması, onun nüfuzxa0 sahibi olması vacibdir. Məsələn, Gəncənin axundu Gəncə sakini olsun, Gəncənin yetişdirməsi olsun. Bərdənin axundu bərdəli olsun, Yevlağın ki, yevlaxlıxa0 olsun və s. Odur ki, Şeyxülislam Bakıdakı dini təhsil ocaqlarında hər bir regiondan gənclərin təhsil almasına da diqqət yetirir ki, onlar təhsillərini bitirdikdən sonra öz rayonlarına axund, naib təyin olunsunlar. Yalnız məcburiyyət qarşısında qalanda, yəni lazımi savad və səviyyədə olan yerli dini kadrlar olmayanda hər hansı bölgəyə digər bölgə sakini olan din xadimləri rəhbər olaraq göndərilir. Bu deyilənlər yaxşı cəhətdir. Həm də o baxımdan yaxşıdır ki, bölgələrə təyin olunan o din xadimləri bir mərkəzə -Qafqaz Müsəlmanları İdarəsinə tabe olurlar. Belə olmayanda, axundlarxa0 kənardan, məsələn, icra başçısının qanunsuz göstərişi ilə təyin olunanda pərakəndəlik yaranır, bilmirsən ki, belələri kimə xidmət edir, kim tərəfindən maliyyələşdirilir. İstər Şeyx həzrətləri, istərsə də, ümumiyyətlə, QMİ rəhbərliyi heç vaxt hansısa rayonda, şəhərdə dini zəmində qarşıdurma, iğtişas yaranmasını istəməz...
- Hacı, biz demirikxa0 ki, Şeyximiz və yaxud QMİ rəhbərliyi iğtişaş yaranmasını istəyər. Yerlərdəki dini duruma nəzarətdə boşluq yaranmasından söhbət gedir...
- Bilirsiz, boşluq bəzən elə səviyyədə yaradılır ki, buna Şeyxin, QMİ-nin də gücü çatmır. Yerlərdəki dini rəhbərlər bəzi məsələlərin qarşısını almaq iqtidarında deyil. Heç Şeyxin Gəncədəki nümayəndəsi də belə bir iğtişaş yaranmasını istəməzdi. Amma bəzən elə səviyyələrdə elə işlər qurulur ki, axundlar buna susmağa məcbur olur. Onlar buna müqavimət göstərməyi bacarmır və kənara çəkilməyə vadar edilir...
- Axundlar kimlər tərəfindən məcbur edilir?
- Məsələ ondadır ki, əksər icra başçıları təhsil, səhiyyəxa0 və s. sahələrə müdaxilə etdikləri kimi, dini idarələrin, məscidlərin işinə də qanunsuz şəkildə müdaxilə edirlər. Bir sıra icra başçıları, digər yerli hökumət qurumları kimi, axundları da öz bildikləri kimi işləməyə məcbur etməyə çalışırlar. Mən özüm də bir məscid rəhbəri kimi belə halların şahidi oluram. Şeyx də belə məsələlərin qarşısını almaqda acizdir, təbii ki, onun yerlərdəki nümayəndələri də...
İcra başçısı axundu çağırır ki, bura gəl, filan iş belə olmalıdır; filankəsin qarşısını almaq lazımdır, bəhmənkəsə isə yol açmaq və s. Bir sözlə, balıq başından iylənir...xa0
Xülasə, əgər buna gücü çatsaydı, Şeyx həzrətləri heç vaxt yol verməzdi ki, Gəncədə dindarların adı hallandırılan qanlı olay baş versin... Axı belə olaylar Şeyxə, ruhani idarəyə başucalığı gətirmir. Əksinə, onu nüfuzdan salır. Heç bir rəhbər istəməz ki, nüfuzdan düşsün...
Onu da dəqiq bilirəm ki, icra başçıları kimlərin əli ilə təyin olunursa, məsuliyyət onlarındır... Necə ki, televiziyada telekanallardakı mənəviyyatsızlığın, əxlaqsızlığın təbliğinə görə həmin kanalların rəhbərlərini təyin edənlər məsuliyyət daşıyır, bölgələrdəki özbaşınalığa, korrupsiyaya görə də ilk növbədə həmin bölgələrin başçılarının təyinatına Prezident qarşısında zamin duran məsul şəxslər məsuliyyət daşıyır. Qardaş, əgər bir başçı “verib”xa0 gəlirsə, onun işi-gücü “qoyduğu xərcini çıxartmaq” olacaq da... Belə başçı deyəcək ki, mən buranın ağasıyam, necə bilirəm, elə də edirəm. Və bu, təbii haldır.... Bölgələrdəki bütün problemlərin kökü də buradan başlanır... Xatırladım ki, prezident İlham Əliyev özü də dəfələrlə rəsmi tədbirlərdəki çıxışlarında bəzi məmurların və ayrıca icra başçılarının nəinki özlərinin, övladlarının, qohum-əqrəbalarının da özbaşınalığından şikayətlənir...
- Hacı, bəs bu mənfi tendensiyanın qarşısını necə almaq olar?
- Çıxış yolu ondan ibarətdir ki, hər bir vətəndaş, o cümlədən və xüsusən nüfuzlu şəxslər hər hansı məmurun, o cümlədən icra başçılarının nözsanlarına, haqsız əməllərinə göz yummamalı, hər kəs öz haqqını, hüququnu tələb etməlidir. Burada bölgələrdən seçilən deputatların da çox böyük rolu var. Milli Məclis üzvləri vəkili seçildikləri rayonun rəhbərliyinin özbaşınalığını, rüşvətxorluğunu, ədalətsizliyini və s. ört-basdır etməməlidir. Bu haqda lazımi qurumları məlumatlandırmalı, eyni zamanda parlamentdəki çıxışlarında belə icra başçılarını ifşa etməlidir. Öz təcrübəmdən bir misal çəkim. Köhnə deputatların, siyasi liderlərin yaxşı yadında olar. 1990-cı illərdə mən deputat olanda bir dəfə Xızı rayonunun bir qrup sakini yanıma gəldi ki, bəs icra başçısı bizi incidir.xa0 Dərhal rayon mərkəzinə yollandım. Elə küçədəcə icra başçısıyla rastlaşdım və ona sakinlərin şikayətini çatdırdım. Başçı cavab verdi ki, mən rayon rəhbəri kimi necə bilirəm, elə də edəcəm, heç kəsdən də qorxmuram. Əgər istəsəydim, ona qarşı başqa cür hərəkət edərdim. Ancaq mən həmin başçının da deputat kimi əyləşdiyi Ali Sovetin növbəti iclasında söz alıb trubunadan onu öz qulağı eşidə-eşidə sərt tənqid etdim... Axı bu gün icra başçılarını rəsmən tənqid etməyə cəsarət edənlər yoxdu, varsa da azdır... A kişilər, ay deputatlar, sözünüzü, həqiqəti deyin. Axı bu xalq yazıqdır...
Millətin vəkili hesab olunan şəxslər də icra başçısının özbaşınalıqlarına göz yumub, əksinə, onun tərifini göylərə qaldıranda haqsızlığa məruz qalan sakinlər də ümuidlərini bağlayır dövlət başçısına və 1-ci xanıma. Amma mexanizm, sistem elə qurulub ki, onların yazdıqları şikayətlərin mində biri İlham Əliyevə, yaxud Mehriban Əliyevayaxa0 çatmır, fırlanıb yenə də başçıların özünə qayıdır... Prezident və xanımı bölgələrə səfər edəndə də şikayətçilərin, icra başçılarından narazı olanların onlara yaxınlaşıb sözlərini demələrinə imkan verilmir...xa0
- Belə çıxır ki, Azərbaycan dövlətçiliyinin düşməni olan daxili və xarici güclər məhz yerlərdə xalqın narazı qaldığı amillərdən yararlanaraq ölkədə qarşıdurma, xaos yaratmağaxa0 çalışır....xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
- Bəli, əlbəttə, bunlardan yararlanırlar. Bir daha təkrar edirəm ki, əgər düzgün ədalətli idarəetmədən danışırıqsa,xa0 hərxa0 şəhərin, rayonun icra başçısı həmin şəhərin, rayonun sakini, nümayəndəsi olmalıdır. Dünyanın o başından birini gətirib başçı qoyursan, 3 gün-5 gün ağlına gələn qaydada işləyib camaatı narazı salıb çıxıb gedir. Heçxa0 bir daha həmin yerə qayıtmır. Amma yerlini qoyanda o, öz camaatının, oradakı hər bir tayfanın xasiyyətini də yaxşı bilir, ağsaqqallarını da gözəl tanıyır və onlarla dil tapmağı bacarır. Və onun valideynlərinin, əzizlərinin də məzarı ordadır. Bu iş başında olanda bunun da məsuliyyətini daşıyır.xa0 Onu da düşünür ki, öz qohum-əqrəbam da buradadır, camaata zülm etsəm, bir tərəfi də onları tutacaq. Və bilir ki, buradan heç hara çıxıb gedən deyil, əvvəl-axır onun da yeri buradır, bu rayonun məzarlığıdır. Odur ki, başçı işləyərkən camaatın qınağından da ehtiyat edir......
Amma təəssüf ki, əksər rayonlarda rəhbər eyni tayfanın nümayəndələridir. Bunun özü çox şeydən xəbər verir və bir çox problemlərə, o cümlədən Gəncədəki kimi hadisələrə şərait yaradır...Mənə bir neçə qaçqın rayonu çıxmaq şərti ilə bir rayon göstərə bilərlərmi ki, o yerin bir nüfuzlu, savadlı, ağsaqqal nümayəndəsi həmin rayonun başçısı olsun?.. Eləcə də polis rəisi, prokuror, məhkəmə və s. - hamısı kənardan, məlum tayfaların nümayəndələridir...
İmam Əli əleyhissəlamdan soruşurlar ki, ya Əli, ədalət nədir. Cavab verir ki, hər kəsin öz yerində olması ədalətdir... Soruşurlar ki, bəs zülm nədir. Həzrət Əli əleyhissəlamxa0 buyurur ki, artıq dedim də... Yəni heç kəsin öz yerində olmadığı məmləkətdə haqq-ədalət prinsipləri pozulur, zülm baş qaldırır. Əgər biz İmam Əlinin(ə.s.) bu ədalət prinsipini tətbiq etsək, yəni hər kəsə bacarığına layiq, yerinə-yurduna uyğun vəzifə versək, ölkədə ədaləti bərqərar etmiş olarıq. Amma indi bu xalq zülm içindədir...xa0
Dövlət başçısı Mehriban Əliyevanı 1-ci Vitse-prezident qoyanda bəziləri hay-küy qaldırırdı ki, niyə İlham Əliyev məhzxa0 öz xanımını özünə müavin qoydu, məgər başqa layiqli kadr yox idi. Amma heç kəs demir ki, bəs bütün Azərbaycan boyu bu rayonlara, şəhərlərə niyə yalnız eyni tayfanın, klanın nümayəndələri başçı, rəis, prokuror və s. qoyulur... Bunu görmürlər, ancaqxa0 Mehriban xanımın 1-ci Vitse-prezident təyin olunmasını görürlər. Halbuki, Mehriban Əliyeva öz daxili və beynəlxalq nüfuzu, bacarığı ilə həmin vəzifəyə daha çox layiqdir və bunu özünün parlaq fəaliyyəıti ilə bir daha isbatladı...
- Hacı, artıq 3 aydan çoxdur ki, Bakıya icra başçısı – mer qoyulmur. Bundan ağlın nə kəsir?
(Davamı var)
Söhbətləşdi: Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün































































































