Fövqəladə Hallar Nazirliyi Bakıda məscid ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.
Bizim.Media xəbər verir ki, qurumdan verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən məscidin ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məscidin ərazisində yerləşən tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Məscid yanğından mühafizə olunub.
*** 21:55
Bakının Köhnə Günəşli ərazisində “Mirtağı” məscidi yanır.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Ərazidə təhlükəsizliyi qorumaq məqsədilə Post Patrul Xidmətinin əməkdaşları da fəaliyyətdədir.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Bakıda məscidin ərazisində baş verən yanğın söndürülüb, xəsarət alan olmayıb.
Bizim.Media

- A-
- A
- A+
Günün videosu
22:38 / 05.08.2026
Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO
Hazırda oxunan: Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO
Hazırda oxunan: Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO
629546
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































