Türkiyənin Hatay vilayətində boşanmaq ərəfəsində olduğu həyat yoldaşı tərəfindən 3 uşağının gözü önündə bıçaqla vəhşicəsinə döyülən qadının hadisə ilə bağlı ərindən şikayətçi olmadığı məlum olub.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, 34 yaşlı H.Y. adlı şəxs uşaqlarının gözü qarşısında əlindəki bıçaqla 24 yaşındaki həyat yoldaşı S.Y.-ni yerə yıxaraq öldürücü zərbələr endirib.
Hadisə anının görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra polis qüvvələri dərhal hərəkətə keçib. Operativ əməliyyat nəticəsində zorakılıq törədən şəxs qısa müddətdə saxlanılıb. Məhkəmə H.Y. barəsində "qəsdən xəsarət yetirmə" və “azadlığı məhdudlaşdırma” maddələri ilə həbs qətimkan tədbiri seçib və o, həbsxanaya göndərilib.
Məruz qaldığı şiddətdən sonra polisə ifadə verən zərərçəkmiş S.Y. hadisənin pərdəarxası məqamlarını açıqlayıb. O, həyat yoldaşı ilə boşanma mərhələsində olduqlarını bildirib:
"Boşanmaq istədiyimi dediyim üçün yoldaşım H.Y. əvvəlcə dərman içərək intihara təşəbbüs etdi. Daha sonra isə məni vəhşicəsinə döyərək evdən çıxmağıma, uşaqları götürüb getməyimə icazə vermədi".
Lakin 3 uşaq anası olan gənc qadının bədənindəki xəsarətlərə və kameralara düşən amansız görüntülərə baxmayaraq, rəsmi protokolda ərindən şikayətçi olmadığı qeyd edilib. Buna baxmayaraq, cinayətin xarakteri ictimai təhlükəli olduğundan məhkəmə prosesi dövlət ittihamı qaydasında davam etdirilir.
Bizim.Media






























































































