Sel Qax-Balakən dəmiryoluna ciddi zərər vurdu - ADY ödənişsiz avtobuslar ayırdı - VİDEO

Sel Qax-Balakən dəmiryoluna ciddi zərər vurdu - ADY ödənişsiz avtobuslar ayırdı - VİDEO

Hazırda oxunan: Sel Qax-Balakən dəmiryoluna ciddi zərər vurdu - ADY ödənişsiz avtobuslar ayırdı - VİDEO

624108

Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.

Bizim.Media bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
 

Məlumata görə, təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb və bu gündən etibarən 20 iyul tarixinə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.


Təhlükəsizlik tədbirlərinə uyğun olaraq 8 – 20 iyul tarixlərində Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək.

Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO