Cəlilabadda baş verən qətlin bəzi TƏFƏRRÜATLARI - VİDEO

Cəlilabadda baş verən qətlin bəzi TƏFƏRRÜATLARI - VİDEO

Hazırda oxunan: Cəlilabadda baş verən qətlin bəzi TƏFƏRRÜATLARI - VİDEO
617067
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabad rayonunda ağır cinayət hadisəsi qeydə alınıb. Hadisə rayonun Məhəmməd Hadi küçəsində baş verib.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, 2011-ci il təvəllüdlü Əzizov Anarın 1999-cu il təvəllüdlü Cəfərova Səidəyə xəsarətlər yetirməsi nəticəsində qadın hadisə yerində həyatını itirib.

Anarın ailəsi uzun müddətdir Rusiyanın Yekaterinburq şəhərində yaşayır. O, bir müddət əvvəl babası tərəfindən yaxın qohumlarının yaşadığı Cəlilabada gətirilib. Anarın Səidənin həyat yoldaşının dayısıoğlu olduğu bildirilir.

Yaxınlarının sözlərinə görə, yeniyetmənin psixoloji vəziyyətində müəyyən problemlər olub.
 

Hadisənin Səidənin iki azyaşlı övladını baxçaya aparmaq üçün evdən çıxdığı vaxtdan sonra baş verdiyi qeyd olunur. Hadisədən sonra şübhəli şəxs ərazidən uzaqlaşıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam etdirilir.


Faktla bağlı araşdırma aparılır.



Cəlilabadda baş verən qətlin bəzi TƏFƏRRÜATLARI - VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO