Cəlilabadda qadın qətlə yetirilib - Şübhəli şəxs axtarılır

Cəlilabadda qadın qətlə yetirilib - Şübhəli şəxs axtarılır

Hazırda oxunan: Cəlilabadda qadın qətlə yetirilib - Şübhəli şəxs axtarılır

617028

Cəlilabad rayonunda ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əldə olunan ilkin məlumata əsasən, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

İddialara görə, Anar adlı şəxs dayısının həyat yoldaşına xəsarətlər yetirib. Qadın aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra həmin şəxs ərazini tərk edərək naməlum istiqamətdə uzaqlaşıb. Bildirilir ki, o, sonuncu dəfə örüş sahəsi tərəfdə çobanlar tərəfindən müşahidə olunub.
 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən edilərək saxlanılması üçün zəruri əməliyyat tədbirləri görülür.


Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO