ABŞ-da 7 yaşlı qızı boğaraq öldürən kuryer edam ediləcək - VİDEO

ABŞ-da 7 yaşlı qızı boğaraq öldürən kuryer edam ediləcək - VİDEO

Hazırda oxunan: ABŞ-da 7 yaşlı qızı boğaraq öldürən kuryer edam ediləcək - VİDEO

611576

ABŞ-ın Texas ştatında 7 yaşlı qız uşağını öldürməkdə təqsirli bilinən kuryer barəsində ölüm hökmü çıxarılıb.

Bizim.Media xəbər verir ki, hadisə 2022-ci ilin noyabrında Texas ştatının Paradays şəhərində baş verib.

34 yaşlı Tanner Horner Strend ailəsinin evinə bağlama çatdırırmış. O, həmin vaxt 7 yaşlı Afina üçün Milad hədiyyəsi kimi nəzərdə tutulan “Barbie” kuklalarının olduğu qutunu aparırmış.
 

Məlumata görə, Horner uşağı avtomobilinə zorla mindirib, daha sonra onu boğaraq öldürüb və meyitini dərəyə atıb. Aprelin 7-də Horner məhkəmə prosesi başlamazdan bir neçə saat əvvəl qəsdən adam öldürmə və ağırlaşdırıcı hallarla adam oğurluğu ittihamları üzrə günahını etiraf edib.


Andlılar məhkəməsi Hornerin edama layiq olub-olmaması barədə 2 saat 50 dəqiqə müzakirə aparıb.

Məhkəmənin qərarı ilə Tanner Horner barəsində ölüm hökmü çıxarılıb. Bildirilir ki, təqsirləndirilən şəxs hökm oxunarkən sakitliyini qoruyub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO