Miqrasiya xidmətindən xarici ölkə vətəndaşlığı alan azərbaycanlılara MÜRACİƏT - VİDEO

Miqrasiya xidmətindən xarici ölkə vətəndaşlığı alan azərbaycanlılara MÜRACİƏT - VİDEO

Hazırda oxunan: Miqrasiya xidmətindən xarici ölkə vətəndaşlığı alan azərbaycanlılara MÜRACİƏT - VİDEO
43651
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Miqrasiya Xidməti (DMX) xarici dövlətlərin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.

Qurumdan Bizim.Media-ya bildirilib ki, xarici ölkə vətəndaşlığını könüllü qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları qanunvericiliyin tələbinə əsasən bu barədə Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir.

Qeyd olunub ki, bunun üçün əvvəlcə xidmətin rəsmi internet səhifəsinə daxil olub "elektron xidmətlər" bölməsi seçilməlidir.

Daha sonra "Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi" pəncərəsinə daxil olunmalıdır.

"Sənəd üzrə məlumatlar" hissəsində müvafiq xanalar doldurulmalıdır.

İkinci addımda şəxsi məlumatlar pəncərəsindəki xanalara aidiyyəti informasiyalar qeyd edilməlidir. Növbəti mərhələdə "müraciət məlumatları" pəncərəsinin doldurulması tələb olunacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO