Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib – FOTO/VİDEO

Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib – FOTO/VİDEO

Hazırda oxunan: Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib – FOTO/VİDEO
269683
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Şuşa və Laçın rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliliklərininin dəstəyi ilə Şuşa və Laçın şəhərlərinə növbəti infotur təşkil olunub. 

Bizim.Media xəbər verir ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində təşkil edilən infoturda müxtəlif peşə sahibləri iştirak ediblər. 

İnfotur iştirakçıları Şuşa və Laçın şəhərləri ilə tanış olub, burada həyata keçirilən bərpa və quruculuq işləri, yaradılan məşğulluq imkanları barədə ətraflı məlumatlandırılıblar. 

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu şəhərlərdə genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur və burada yaşayan sakinlər üçün müasir şərait yaradılır.

İnfotur çərçivəsində iştirakçılar Şuşa şəhərində tarixi və təbiət abidələri ziyarət edib, ora köçmüş ailələrin evlərinə qonaq olub, hədiyyələr təqdim ediblər.
 

İştirakçılar həmçinin, Laçın rayonunda prezidentin xüsusi nümayəndəliyində qurumun rəsmiləri tərtəfindən qəbul edilib. 


Onlara müəssisələrin fəaliyyəti, iş şəraiti və əmək resurslarının idarə edilməsi prinsipləri barədə ətraflı məlumat verilib. Həmçinin, oraya köçmüş ailədə qonaq olublar. İnfotur iştirakçıları səfərin faydalı və maarifləndirici olduğunu qeyd ediblər.

Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş digər ərazilərə də infoturların təşkili davam etdiriləcək. 




Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib – FOTO/VİDEO - foto 1
Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib – FOTO/VİDEO - foto 2
Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib – FOTO/VİDEO - foto 3
Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib – FOTO/VİDEO - foto 4
Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib – FOTO/VİDEO - foto 5
Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib – FOTO/VİDEO - foto 6
Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib – FOTO/VİDEO - foto 7
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO