Yasamalda ƏMƏLİYYAT – Narkokuryerlər belə SAXLANILDI – VİDEO

Yasamalda ƏMƏLİYYAT – Narkokuryerlər belə SAXLANILDI – VİDEO

Hazırda oxunan: Yasamalda ƏMƏLİYYAT – Narkokuryerlər belə SAXLANILDI – VİDEO
265829
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Yasamal rayonunda keçirilən əməliyyatlar nəticəsində 27 kiloqram narkotik aşkarlanıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 64 yaşlı İlham Quliyev və 33 yaşlı İlkin Bağıyev saxlanılıblar. Onların avtomobilinə baxış zamanı 18 büküm ümumi çəkisi 11 kiloqram 465 qram olan marixuana aşkarlanıb.


Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha bir narkokuryer - əvvəllər məhkum olunmuş 36 yaşlı Rizvan Abıyev də saxlanılıb. Ondan isə 5 kiloqram 376 qram marixuana, 3 kiloqram 200 qram tiryək və narkotiklərin onlayn satışında istifadə etdiyi bank kartları aşkarlanıb.

Saxlanılan şəxslərin hər birinin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girdikləri və ölkə ərazisində narkokuryerliyə cəlb edildikləri məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı ümümilikdə 27 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.



Yasamalda ƏMƏLİYYAT – Narkokuryerlər belə SAXLANILDI – VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO