Emin Ağalarov tənqidlərə cavab verdi: "Bakıda kazino açmağımın səbəbləri bunlardır..." - VİDEO

Emin Ağalarov tənqidlərə cavab verdi: "Bakıda kazino açmağımın səbəbləri bunlardır..." - VİDEO

Hazırda oxunan: Emin Ağalarov tənqidlərə cavab verdi: "Bakıda kazino açmağımın səbəbləri bunlardır..." - VİDEO
262993
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İş adamı və sənətçi Emin Ağalarov “Sea Breeze” layihəsi çərçivəsində Azərbaycanda kazino açılması ilə bağlı yayılan suallara şəxsən cavab verib.

Bizim.Media xəbər verir ki, o, instaqram hesabında paylaşdığı videoda həm bu qərarın səbəblərini izah edib, həm də sosial şəbəkələrdə yayılan tənqidlərə münasibət bildirib.
 

Ağalarov bildirir ki, son günlər Sea Breeze-də kazino açılması ilə bağlı verdiyi bəyanatdan sonra ona minlərlə sual ünvanlanıb. Onlardan bəzilərinə isə videoda konkret cavab verir:


“Əgər 17 faiz azərbaycanlı turist Gürcüstanın Batumi bölgəsindəki kazinolarda oynayırsa, mən niyə bu turistləri Azərbaycana qaytarmayım?”

O, bildirib ki, məqsədi Azərbaycanda turizm potensialını artırmaq, dünya səviyyəli otel və xidmət şəbəkələri ilə inteqrasiya olunaraq dörd fəsil ölkəyə turist axınını təmin etməkdir:
 

“Kazino açılması, turizm infrastrukturunun ayrılmaz hissəsi kimi planlaşdırılır. Uşaqların girişinə qəti qadağa qoyulacaq, yalnız 21 yaşdan yuxarı şəxslər daxil ola biləcək. İstəyimiz odur ki, müştərilər əsasən xaricilər olsun”.


Emin Ağalarov Gürcüstanı və gürcü xalqını çox sevdiyini bildirərək əlavə edib:

“Lakin öz turistlərimizi onların əlindən almalıyıq. Bu bizim üçün iqtisadi və strateji məsələdir”.
 

Sosial şəbəkələrdə istifadəçilərdən gələn sərt şərhlərə də toxunub. Bəziləri onun bu layihəsini “haram”, “fəlakət”, “uşaqlar üçün təhlükəli” adlandırıb.


Lakin Ağalarov bu tənqidlərə təmkinli yanaşıb və ictimaiyyətin narahatlığını anlayışla qarşılayıb.

Videonu təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO