Elmin açmağa çalışdığı sirr: Gövdəsindən su axan 150 yaşlı tut ağacı - VİDEO

Elmin açmağa çalışdığı sirr: Gövdəsindən su axan 150 yaşlı tut ağacı - VİDEO

Hazırda oxunan: Elmin açmağa çalışdığı sirr: Gövdəsindən su axan 150 yaşlı tut ağacı - VİDEO
241708
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Monteneqronun cənub-şərqində yerləşən Dinoşa kəndindəki qocaman tut ağacı hər kəsi heyrətə salıb. 

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, bu qeyri-adi tut ağacının gövdəsindən dayanmadan su axır. Yağışlı havalarda isə “canlı fəvvarə”nin suyu ətrafda böyük gölməçələr yaradır.

Kənardan baxanlar ağacın içərisinə su borusunun yerləşdirildiyini və boruya təzyiqlə su axıdıldığını zənn edir.

Halbuki burada heç bir su təchizatı yoxdur. Su təbii yolla təxminən bir yarım metr yüksəkliyə qalxır və ağacın gövdəsindən axıb tökülərək qeyri-adi mənzərə yaradır.

Qocaman tut ağacı çoxlarına mistik hal, sirr kimi görünsə də, alimlər tut bulağının sirrini  yeraltı sularla əlaqələndirirlər.
 

Onların fikrincə, torpağın altında yaranan hövzələrin suyu ağacının ətrafına toplanır. Nəticədə orada yaranan təzyiq suyun ağacın gövdəsindəki boşluqlardan və çatlardan sıçrayıb axmasına yardım edir. 


Qeyd edək ki, tut ağacının artıq 150 yaşı var və onun “canlı fəvvarəsi” də ən azı 25 ildən çoxdur ki, insanları heyrətdə saxlayıb.



Elmin açmağa çalışdığı sirr: Gövdəsindən su axan 150 yaşlı tut ağacı - VİDEO - foto 1
Elmin açmağa çalışdığı sirr: Gövdəsindən su axan 150 yaşlı tut ağacı - VİDEO - foto 2

Rəna, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO