Gəncədə dəm qazından zəhərlənən ana ilə övladın xilasedilmə ANI - VİDEO

Gəncədə dəm qazından zəhərlənən ana ilə övladın xilasedilmə ANI - VİDEO

Hazırda oxunan: Gəncədə dəm qazından zəhərlənən ana ilə övladın xilasedilmə ANI - VİDEO
233676
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Nəriman Nərimanov küçəsindəki beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə hadisə yerinə cəlb olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə ana və övladı dəm qazından ZƏHƏRLƏNDİ


Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı mənzildə olan vətəndaşların giriş qapısının dəfələrlə döyülməsinə və uzunmüddətli telefon zənglərinə cavab vermədiyi müəyyən olunub. 

Xilasedicilər tərəfindən operativ qaydada xüsusi vasitələrin köməyi ilə mənzilin giriş qapısı açılaraq, ilkin ehtimala görə dəm qazı səbəbindən huşsuz vəziyyətdə aşkar edilmiş ana – 1990-cı il təvəllüdlü L.Cəfərova və övladı – 2011-ci il təvəllüdlü Ö.Cəfərov ilkin yardım göstərildikdən dərhal sonra FHN-in xüsusi təyinatlı nəqliyyat vasitəsi və təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya çatdırılaraq həyatları xilas olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO