ABŞ-dakı təyyarə qəzası belə baş verib – İNFOQRAFİK VİDEO

ABŞ-dakı təyyarə qəzası belə baş verib – İNFOQRAFİK VİDEO

Hazırda oxunan: ABŞ-dakı təyyarə qəzası belə baş verib – İNFOQRAFİK VİDEO
232586
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, yanvarın 29-da gecə saatlarında ABŞ-ın paytaxtı Vaşinqtonda “America Airlines” təyyarəsi hərbi helikopterlə toqquşub.

Bizim.Media xəbər verir ki, “Aitelly3d” qəzanın necə baş verməsi ilə bağlı videosimulyasiya hazırlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Vaşinqtonda təyyarə qəzasında həlak olan 40 nəfərin meyiti TAPILDI


Məlumata görə, “American Airlines” təyyarəsi Ronald Reyqan adına Hava Limanının 33-cü uçuş zolağına enməyə çalışıb. Aviasiyada “qısa final” adlanan bu mərhələdə pilotlar təyyarəni 400 fut (təxminən 121 metr) hündürlüyə qədər endiriblər.

Bu zaman isə “Blackhawk” hərbi helikopteri yaxınlıqda təlim uçuşları həyata keçirmiş. Qəza baş verməzdən əvvəl helikopter təyyarənin uçuş marşrutuna perpendikulyar, yəni Potomak çayı üzərindən uçuşunu davam etdirib. Nəticədə təyyarənin enməsinə bir neçə dəqiqə qalmış toqquşma baş verib.

Məlumata görə, Potomak çayı helikopterlər üçün təyin olunmuş uçuş dəhlizidir və bu ərazidə onların uçuşu standart hal hesab olunur. Yəni, “Blackhawk” qaydalara uyğun davranıb. Digər tərəfdən, “American Airlanes” təyyarəsi də Alət Uçuş Qaydalarına uyğun şəkildə uçuşa davam edib. 

Bu isə o deməkdir ki, qəzadan yayınmaq üçün helikopter və təyyarənin pilotlarının vizual müşahidəsi tələb olunurdu...

Qeyd edək ki, “American Airlanes” təyyarəsinin göyərtəsində ümumilikdə 64 nəfər, helikopterdə isə üç hərbçi olub. Onlardan heç biri sağ qalmayıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO