Bakıda narkotik ƏMƏLİYYATI: Üç nəfər saxlanıldı - FOTO/VİDEO

Bakıda narkotik ƏMƏLİYYATI: Üç nəfər saxlanıldı - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda narkotik ƏMƏLİYYATI: Üç nəfər saxlanıldı - FOTO/VİDEO
216223
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ramin Quliyev, tanışı İlqar Quliyev və Xədicə Ağayeva saxlanılıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onlardan 8 kiloqramdan artıq heroin, marixuana, metamfetamin, iki ədəd elektron tərəzi və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından satışını həyata keçirmək məqsədilə əldə ediblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Nəsimi rayonunda narkotiklərlə əlaqəli cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 63 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.



Bakıda narkotik ƏMƏLİYYATI: Üç nəfər saxlanıldı - FOTO/VİDEO - foto 1
Bakıda narkotik ƏMƏLİYYATI: Üç nəfər saxlanıldı - FOTO/VİDEO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO