Güllələnmə hadisəsinin dəhşətli TƏFƏRRÜATI:

Güllələnmə hadisəsinin dəhşətli TƏFƏRRÜATI: "Qardaşımın yoldaşı ilə əxlaqsız kliplər çəkib" - VİDEO

Hazırda oxunan: Güllələnmə hadisəsinin dəhşətli TƏFƏRRÜATI: "Qardaşımın yoldaşı ilə əxlaqsız kliplər çəkib" - VİDEO
199824
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astara rayonunun Şüvi kəndində baş vermiş güllələnmə hadisəsinin təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, qətli törədən şəxsin qardaşı Fazil İsrafilovun sözlərinə görə, Bəşir silahı götürərək Namiqin evinə gedib və orada atəş açıb:

"Namiq qardaşımın yoldaşı ilə əxlaqsız kliplər çəkib. Bəşir hadisəni törətdikdən sonra evə gələrək özünə atəş açıb".

Mərhumun həyat yoldaşı Çiçək Əhədova isə deyilənlərin şər-böhtan olduğunu bildirib:

"Mən işdə idim, həyat yoldaşım evdə tək idi. Dedilər ki, qonşu tüfənglə vurub gedib. Bəşir evə başqa qadın gətirib, yoldaşı isə ona evdən gedəcəyini deyib. Bizə də anasına zəng etmək üçün gəlmişdi".

Qeyd edək ki, Bəşir və Namiq həm qohum, həm dost, həm də yaxın qonşu olublar. Öldürülən Namiq üç uşaq atası olub. Onun xərçəng xəstəliyindən əziyyət çəkirdiyi deyilir.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə (qəsdən adam öldürmə maddəsi) cinayət işi başlanılaraq, istintaq aparılır. Bəşir İsrafilov xəstəxanaya yerləşdirilib və polis mühafizəsi altında saxlanılaraq, ona tibbi yardım göstərilir.
Ətraflı Baku TV-nin süjetində:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO