Pəncərədən yıxılıb xəsarətlər alan şəxs belə xilas olundu – VİDEO 

Pəncərədən yıxılıb xəsarətlər alan şəxs belə xilas olundu – VİDEO 

Hazırda oxunan: Pəncərədən yıxılıb xəsarətlər alan şəxs belə xilas olundu – VİDEO 

193024

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1987-ci il təvəllüdlü Orxan Həşimov yaşadığı fərdi yaşayış evinin yanında giriş qapısı olmayan yarımtikiliyə pəncərədən yıxılıb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb. 
Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə pəncərədən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO