Türkiyə ordusu PKK-nın mağaralarını belə məhv etdi - VİDEO

Türkiyə ordusu PKK-nın mağaralarını belə məhv etdi - VİDEO

Hazırda oxunan: Türkiyə ordusu PKK-nın mağaralarını belə məhv etdi - VİDEO

185088

Türkiyədə terror aktı törətmək məqsədilə terrorçuların mağaralarda gizlətdikləri müxtəlif növ silah, sursat və partlayıcı maddələrin məhv edilməsi istiqamətində dörd bölgədə “BOZDOĞAN-19” əməliyyatı keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib.

“Terror aktı törətmək məqsədilə separatçı terror təşkilatına aid terrorçuların çöllük ərazilərdəki mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi istiqamətində dörd bölgədə həyata keçirilən “BOZDOĞAN-19” əməliyyatlarında 22 mağara və sığınacaq məhv edilib. Əməliyyat zamanı 19 qumbaraatan, qumbaraatanın 16 qumbarası, 10 əl qumbarası, müxtəlif diametrli və ölçülü 444 döyüş sursatı, həmçinin çoxlu silah və partlayıcı maddə ələ keçirilib”, - deyə paylaşımda bildirilib.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO