14 yaşlı qız canlı efirdə xalasının əri və ögey atasından zorakılıq gördüyünü iddia etdi - VİDEO

14 yaşlı qız canlı efirdə xalasının əri və ögey atasından zorakılıq gördüyünü iddia etdi - VİDEO

Hazırda oxunan: 14 yaşlı qız canlı efirdə xalasının əri və ögey atasından zorakılıq gördüyünü iddia etdi - VİDEO
173892
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda qız xalasının əri və ögey atası tərəfindən zorakılığa məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Xəzər” TV-də yayımlanan “Təsir Dairəsi” verilişə müraciət edən 14 yaşlı qız proqramın aparıcısı Lalə Azərtaşa danışıb.

Yeniyetmə ögey atası və xalasının ərinin ona qarşı uyğunsuz hərəkətlər etdiyini bildirib. Qız evdən qaçaraq verilişə gəlib.

Qızın anası isə efirə gələrək övladının yalan danışdığını, doğmalarının onu əzizləmək, oxşamaq niyyətində olduğunu bildirib.

Efirə gələn ögey ata da aparıcıya qızın yalan danışdığını söyləyib:

“Mən onu qucaqlayıb saçını sığallamışam”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev oxu.az-a bildirib ki, 14 yaşlı qızın təhlükəsizliyi tam təmin olunub və müvafiq sığınacağa yerləşdirilib:
“Polis orqanında təhqiqat araşdırması aparılır. Tərəfimizdən zəruri tədbirlər görülür”.

Daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO